Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

«Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə



1. «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin.

4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki:

• «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları»nı təsdiq etsin;

• «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının xüsusi geyim və hərbi ləvazimatının tərkibi, təsviri, təminat və daşımaq Qaydaları»nı təsdiq etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 14 » yanvar 2004-cü il
N 15