Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında



1. «Hərbi xidmətdə fərqlənməyə görə», «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə», «Qüsursuz xidmətə görə», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» medalları ilə təltif edilmə səlahiyyəti Azərbaycan Respublikasının müdafiə nazirinə, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə, Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının ədliyyə nazirinə, Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunları Komandanına və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə verilsin. 

2. «Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 1123 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 25 » iyun 2004-cü il
N 282