Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında



Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşları 2004-cü il avqustun 1-dən 1,5 dəfə artırılsın.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 30 » iyul 2004-cü il
N 333