Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin bir qrup hərbi qulluqçusuna «Azərbaycan Respublikasının əməkdar həkimi» fəxri adı verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin bir qrup hərbi qulluqçusuna «Azərbaycan Respublikasının əməkdar həkimi» fəxri adı verilməsi haqqında



Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin sağlamlığının qorunmasında, yüksək səviyyəli tibbi xidmət göstərilməsində, müalicə- profilaktika işinin təşkilində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarə¬sinin aşağıdakı hərbi qulluqçularına «Azərbaycan Respublikasının əməkdar həkimi» fəxri adı verilsin:

1. Əliyev İlqar Bədir oğlu– tibb xidməti polkovniki
2. Əliyeva Zərifə Əli qızı– tibb xidməti polkovnik-leytenantı.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 15 » avqust 2005-ci il
N 961