Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikasının hərbi qulluqçularının (Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının artırılması barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikasının hərbi qulluqçularının (Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının artırılması barədə



1. Azərbaycan Respublikasının hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları 2006-cı il martın 1-dən Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları səviyyəsində müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndindən irəli gələn maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanları üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının hərbi qulluqçularının (Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 23 » fevral 2006-cı il
N 1331