Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturuna dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturuna dəyişikliklər və əlavələr edilməsi haqqında



1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu»na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

«Rəhbərlik» bölməsinin altıncı abzasında «Maddi-Texniki Təminat İdarəsinin rəisi» sözləri «Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi» sözləri ilə, yeddinci abzasda «Beynəlxalq Əlaqələr İdarəsinin rəisi» sözləri «Beynəlxalq Əlaqələr Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

«Dövlət Sərhəd Xidməti rəisinin sahil mühafizəsi üzrə müavini – Sahil Mühafizəsinin rəisi»;

«Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı» bölməsi üzrə:

beşinci abzasda «Maddi-Texniki Təminat İdarəsi» sözləri «Maddi –Texniki Təminat Baş İdarəsi» sözləri ilə, altıncı abzasda «Beynəlxalq Əlaqələr İdarəsi» sözləri «Beynəlxalq Əlaqələr Baş İdarəsi» sözləri ilə, yeddinci abzasda «Sərhəd Nəzarəti İdarəsi» sözləri «Miqrasiya və Sərhəd Nəzarəti İdarəsi» sözləri ilə, on dördüncü abzasda «İstintaq və təhqiqat şöbəsi» sözləri «İstintaq və Təhqiqat İdarəsi» sözləri ilə əvəz edilsin;

bölmənin doqquzuncu – on dördüncü abzasları muvafiq olaraq on birinci- on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu və onuncu abzaslar əlavə edilsin:

«Kadrlar İdarəsi

Hüquq idarəsi»;

on üçüncü («Hərbi-Tikinti İdarəsi») və on beşinci («Hərbi-Tibb İdarəsi») abzaslar çıxarılsın və on dördüncü və on altıncı abzaslar müvafiq olaraq on üçüncü və on beşinci abzaslar hesab edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 13-1 fər. nömrəli Fərmanının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 15 » avqust 2006-cı il
N 445