Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Ə.V.Rzayevə «Əməkdar incəsənət xadimi» fəxri adının verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Ə.V.Rzayevə «Əməkdar incəsənət xadimi» fəxri adının verilməsi haqqında



Azərbaycan incəsənətinin inkişafında, hərbi musiqiçi kadrların hazırlanmasında səmərəli fəaliyyətinə və Sərhəd Qoşunlarında uzunmüddətli xidmətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu polkovnik-leytenant Əlibala Vasif oğlu Rzayevə «Əməkdar incəsənət xadimi» fəxri adı verilsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 15 » avqust 2006-cı il
N 1615