Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / E.X.İsgəndərova «Azərbaycanın Milli Qəhrəmanı» adı verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

E.X.İsgəndərova «Azərbaycanın Milli Qəhrəmanı» adı verilməsi haqqında



Dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmanlıq nümayiş etdirərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas etdiyinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əsgəri Eltun Xaləddin oğlu İsgəndərova «Azərbaycanın Milli Qəhrəmanı» adı verilsin (ölümündən sonra).

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 iyun 2009-cu il