Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunmaq üçün lazımı sənədlərin siyahısı və ərizənin nümunəsi
Əgər siz E-imza sahibisinizsə, bu halda siz Elektron Xidmətlər Portalında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin "Sərhəd Xidmətinə və Akademiyasına qəbul üçün elektron anket" - səhifəsinə daxil olub, elektron anketinizi göndərə bilərsiniz. Əks halda aşağıdakı elektron anketlərdən istifadə edə bilərsiniz.

Hansı sənədləri toplamalıdır:


- Əgər məktəbdə oxuyursa -
  1. anket (anketdə ev və mobil telefonlar dəqiq göstərilməli, əgər dəyişdirilərsə məlumat verilməlidir)
  2. məktəbdən xasiyyətnamə
  3. tərcümeyi-hal
  4. doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq edilmiş)
  5. rəngli şəkil - 3 x 4 (4 ədəd)
  6. yaşayış yerindən arayış

- Əgər məktəbi bitiribsə -
  1. anket (anketdə ev və mobil telefonlar dəqiq göstərilməli, əgər dəyişdirilərsə məlumat verilməlidir)
  2. tərcümeyi-hal
  3. attestat (notarial qaydada təsdiq edilmiş)
  4. doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq edilmiş)
  5. rəngli şəkil - 3 x 4 (4 ədəd)
  6. işləyirsə, iş yerindən xasiyyətnamə
  7. yaşayış yerindən arayış

- İmtahanların qrupunun №-si və fənlər -
  • 1-ci qrup ("Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi", "Mexanika mühəndisliyi" , "Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi" ixtisasları )
  • riyaziyyat, fizika, kimya, ana dili və xarici dili

  • 2-ci qrup ("Dövlət və Bələdiyyə idarəetməsi" ixtisası )
  • riyaziyyat, coğrafiya, ana dili, tarix və xarici dili

- Yaş məhdudiyyəti -
  • Qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətandaşları ərizə ilə müraciət edə bilərlər

-Həkim Komissiyasına göndərildikdə qeydiyyatda olduğu poliklinikadan topladığı arayışlar-
  1. ümumi sağlamlıq haqqında arayış
  2. vərəm dispanserindən arayış
  3. dəri-zöhrəvi dispanserindən arayış
  4. ruhi-əsəb dispanserindən arayış
  5. narkoloji dispanserindən arayış