18.04.2020, 13:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

A Z Ə R B A Y C A N    R E S P U B L I K A S I N I N

D Ö V L Ə T    S Ə R H Ə D    X İ D M Ə T İ

Azərbaycan Sərhəd Mühafizəsinin 101-ci ildönümü münasibətilə

 “Müqəddəs sərhədlərimizin keşiyində” mövzusunda yaradıcılıq müsabiqəsi

E L A N  E D İ R

            Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətənimizin müqəddəs sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, sərhədçi pеşəsinə marağın artırılması, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılmasıdır.

            Müsabiqə “Müqəddəs sərhədlərimizin keşiyində” mövzusunu özündə əks etdirən mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma işləmələri), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi və inşa yazısı nominasiyaları üzrə keçirilir.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma üsulu ilə işləmələr), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi nominasiyaları üzrə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər, inşa yazısı nominasiyasında isə sərhədyanı rayonların orta məktəblərinin şagirdləri iştirak edə bilərlər.

2. Mahnı, dekorativ-tətbiqi sənət,  təsviri sənət, bədii ədəbiyyat və qəzet məqaləsi üzrə təqdim olunan işlər üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydaya əlavə olunur) və zərfə qoyulur. Əl işlərinin arxasında və zərfin üzərində şərti ad qeyd olunur və aşağıdakı qaydada təqdim olunur:

2.1. şeir, hekayə və qəzet məqaləsi nominasiyalarında iştirak edənlər yazılarını çap və elektron formada (CD diskdə, Arial 12 şriftlə);

2.2.mahnı müsabiqəsi nominasiyasında iştirak edənlər musiqi əsərlərinin sözlərini və notlarını yazılı formada, tam mətnli musiqisini isə DVD diskdə;

2.3.dekorativ-tətbiqi sənət üzrə təqdim edilən əl işlərinin ölçüləri 90 x 70 santimetr ölçüdən az olmamalıdır;

2.4.rəngkarlıq üzrə əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmalı,   90 x 70 santimetr ölçüdən az olmamalıdır;

2.5.inşa yazısı 12 vərəqli dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin soyadı, adı və atasının adı, rayon və məktəb haqqında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir.

3. Müsabiqəyə təqdim edilən bütün əsərlər və əl işləri müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2020-ci il iyun ayının 30-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30).

4. Təqdim olunan bütün əsərlərdə (əl işlərində) Azərbaycan Sərhəd Mühafizəsi tərənnüm edilməli, əsərlər (əl işləri) müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

5. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya yaradılır, komissiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir, qalibləri müəyyən edir.

6. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin 101-ci ildönümü ərəfəsində elan ediləcəkdir.

7. Müsabiqə ilə bağlı yaranmış suallarla iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər (012-498-01-29; 012-498-01-55).

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Mahnı müsabiqəsi üzrə:

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Dekorativ-tətbiqi sənət üzrə:

Bədii tikmə və toxuma

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Dəmir (əlvan metal) üzərində döymələr

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Taxta üzərində oyma və yandırma

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Təsviri sənət üzrə:

Rəngkarlıq

I yer –  1-ci dərəcəli diplom və 700 (yeddi yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı.

Bədii ədəbiyyat üzrə:

Şeir

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Hekayə

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Qəzet məqaləsi üzrə:

I yer –  1-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 350 (üç yüz əlli) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

İnşa yazısı üzrə:

  Müsabiqə iştirakçısının anketi (nümunə)

__________________________________________________________________________

(soyadı, adı, atasının adı)

Doğum tarixi (gün, ay, il) və yeri________________________________________________

Təhsili ____________________________________________________________________

İş yeri, vəzifəsi ______________________________________________________________

Ünvan, telefon (ev, iş, mobil) ___________________________________________________

Müsabiqəyə təqdim olunan işlər

  1. ___________________________________________________________________
  2. ___________________________________________________________________

(əsərin adı)

İşi təhvil verdi: ______________________________________________________________

İşi təhvil aldı: _______________________________________________________________