Müəllimlərin işə qəbulu

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN AKADEMİYASI AŞAĞIDAKI TƏDRİS FƏNLƏRİ ÜZRƏ İXTİSASLI MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNU

ELAN EDİR:

  • Dövlət İdarəetmə Nəzəriyyəsi;
  • Bələdiyyə İdаrəçiliyi;
  • Elektrotexnika;
  • Metalşünaslıq;
  • İstilik texnikası;
  • Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma;
  • Maşınqayırmada keyfiyyətin normallaşdırılması;
  • Avtomatlaşdırmanın əsasları;
  • Maşın və mexanizmlər nəzəriyyəsi;
  • Materiallar müqaviməti;
  • Konstruksiya materiallarının texnologiyası;
  • Hidravlika və hidravlik maşınlar;
  • Maşın istehsalı texnologiyası;
  • Əməyin mühafizəsi;
  • Maşın hissələri və konstruksiya etmənin əsasları;
  • Uçuş aparatının (təyyarə) və mühərriklərinin konstruksiyasının əsasları;
  • Uçuş aparatının (vertolyot) və mühərriklərinin konstruksiyasının əsasları;
  • Aviasiya silahları;
  • Naviqasiya və radio naviqasiyasının əsasları;
  • Hava gəmilərinin cihaz avadanlığı və elektrik sistemləri;
  • Ekologiya;
  • Statistika;
  • Menecment;
  • Strateji menecment;
  • Anti-böhranlı idarəetmə;
  • Regional iqtisadiyyatın idarə edilməsi;
  • Kommersiya fəaliyyətinin əsasları;
  • Riyaziyyat;
  • İnformasiya iqtisadiyyatı;
  • Ekonometrika;
  • Naviqasiya və dəniz astronomiyası;
  • Dəniz hüququ;
  • Gəmi kommunikasiyası, radiotexniki vasitələr;
  • Gəmi sürücülüyünün texniki vasitələri, döyüş hazırlığının təşkili və metodikası;

Akademiyaya işə qəbul olunmaq istəyənlər müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Təhsili və elmi dərəcələri haqqında sənədlərin əsli;
  • Şəxsiyyəti təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə;
  • Əmək kitabçasından çıxarış;
  • Tərcümeyi-hal;
  • Elmi əsərlərin siyahısı (əgər varsa);
    • 3X4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;

Sənədlərin qəbulu və əlavə məlumat üçün aşağıdakı ünvana müraciət etmək lazımdır: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 A. Dövlət Sərhəd Xidmətinin Akademiyası.

       Əlaqə telefonları: (012) 379-84-75; (012) 372-16-20; (012) 579-38-10.