Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına QƏBUL ELAN EDIR

Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

 

 Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestat (əgər orta məktəbi bitiribsə);
  • işlədiyi (xidmət etdiyi) yerdən və ya oxuduğu təhsil müəssisəsindən xasiyyətna­mə;
  • orta və ya orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış);
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

            Hərbi xidmətdə olmayanlar üçün

  • 2018-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır;

2018-ci ilin iyul ayının 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxs­lə­rin hərbi sənədlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər (rayon) idarə və şöbələrinin möhlət qeydiyyatı vacibdir.

 

  1. Hərbi xidmətdə olanlar üçün
  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

 

  1. Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

 

Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidməti Aparatının qəbul bürosuna (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30) və ya Dövlət Sərhəd Xidmətinin yaxın­lıqda yerləşən (bölgələrdə yaşayan vətəndaşlar üçün) hərbi hissələrinin kadrlar bölmələ­rinə müraciət edə bilərlər.

 

 Sənədlər 2018-ci ilin yanvar ayının 31-dək qəbul ediləcəkdir.