Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçiriləcək yaradıcılıq müsabiqələrinin şərtləri

Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətənimizin müqəddəs sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, sərhədçi pеşəsinə marağın ar­tırıl­ması, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhəd­lərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin və ən­ənələrin yaşadılmasıdır.

Vətən müharibəsində tarixi zəfərin əldə olunmasında Azərbaycan sərhəd­çi­lərinin misilsiz qəhrəmanlıq mövzusunu özündə əks etdirən mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma işləmələri), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi və inşa yazısı nominasiyaları üzrə keçirilir.

Müsabiqənin şərtləri:

Müsabiqədə mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma üsulu ilə işləmələr), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi nominasiyaları üzrə yaşından asılı olma­ya­raq bütün yaradıcı şəxslər, inşa yazısı nominasiyasında isə sərhədyanı rayonların orta məktəblərinin şagirdləri iştirak edə bilərlər.

  1. Mahnı, dekorativ-tətbiqi sənət, təsviri sənət, bədii ədəbiyyat və qəzet məqaləsi üzrə təqdim olunan işlər üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydaya əlavə olunur) və zərfə qoyulur. Əl işlərinin arxasında və zərfin üzərində şərti ad qeyd olunur və aşağıdakı qaydada təqdim olunur:

a)  şeir, hekayə və qəzet məqaləsi nominasiyalarında iştirak edənlər yazılarını çap və elektron formada (CD diskdə, Arial 12 şriftlə);

b)  mahnı müsabiqəsi nominasiyasında iştirak edənlər musiqi əsərlərinin sözlərini və notlarını yazılı formada, tam mətnli musiqisini isə DVD diskdə;

c)  dekorativ-tətbiqi sənət üzrə təqdim edilən əl işlərinin ölçüləri 90x70 santimetr ölçüdən az olmamalı;

d)  rəngkarlıq üzrə əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmalı, 90x70 santimetr ölçüdən az olmamalı;

e)  inşa yazısı 12 vərəqli dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin soyadı, adı və atasının adı, rayon və məktəb haq­qında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir.

  1. Müsabiqəyə təqdim edilən bütün əsərlər və əl işləri müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2021-ci il iyunun 30-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir (Bakı şəhəri, Səbail rayonu Zərifə Əliyeva küçəsi 30).
  2. Təqdim olunan bütün əsərlərdə (əl işlərində) Azərbaycan Sərhəd Mühafizəsi tərənnüm edilməli, əsərlər (əl işləri) müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş et­dirilməməlidir.
  3. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azər-baycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Mətbuat Şurasının nüma-yəndələrindən ibarət komissiya yaradılır, komissiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir və qalibləri müəyyən edir.
  4. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində elan ediləcəkdir.
  5. Müsabiqə ilə bağlı yaranmış suallarla iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər (012-498-01-29; 012-498-01-55).

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

 Mahnı müsabiqəsi üzrə:

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Dekorativ-tətbiqi sənət üzrə:

(Bədii tikmə və toxuma)

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

Dəmir (əlvan metal) üzərində döymələr

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı. 

Taxta üzərində oyma və yandırma

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı. 

Təsviri sənət üzrə:

(Rəngkarlıq)

I yer –  1-ci dərəcəli diplom və 700 (yeddi yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı.

Bədii ədəbiyyat üzrə:

(Şer)

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı. 

Hekayə

I yer –  1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı. 

Qəzet məqaləsi üzrə:

I yer –  1-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;

II yer – 2-ci dərəcəli diplom və 350 (üç yüz əlli) manat pul mükafatı;

III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.

İnşa yazısı üzrə: