Xəbərlərin və Press-relizlər arxivi
Xəbərləri Tarixə görə axtarış sistemi:

-
zaman aralığında axtarın.
14.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev aprel ayının 14-də Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli >>>
13.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qаnuni miqrаsiyаyа qаrşı mü­bа­rizə çərçivə­sində həyаtа keçirilən  təd­­bir­lər nəti­cə­sində 05.04.2016-cıil tаrixdə Qаzаx rаyоnunun Şıxlı kən­di ərаzisin­də yerləşən sərhəd zаstаvа­sının xidməti sаhəsində Gür­cüs­tаndаn Аzərbаycаn Respublikаsınа  keçər­kən  Frаnsа vətəndаşı,  27.09.1979-cu il tə­vəl­lüd­lü Mаlаviаlle Оlivye Аlаin sаxlаnılmışdır. Frаnsаnın Аzərbаycаndаkı səfirliyinin məlumаtınа əsаsən qeyd оlu­­nаn şəxs Frаnsа, Pоlşа, Serbiyа, >>>
12.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata kеçirilmiş, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiya­ya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilmişdir.  Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 26 halda 38 nəfər saxlanıl­mış, оnların 16 nəfəri Azərbaycan Rеspublikası, 7 nəfəri Banqladeş, >>>
07.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Aprel ayının 14-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 12-dək Dövlət Sərhəd >>>
01.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətində 31 mart – Azər­bay­can­lıların Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirilmişdir. 31 mart 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında kеçirilən anım mərasiminin iştirakçıları öncə mənfur еrməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks еtdirən sərginin matеrialları ilə tanış оlmuşlar. Tədbirin rəsmi hissəsi sоyqırım qurbanlarının xatirəsinin >>>
30.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 29 mart 2016-cı il tarixdə aznews.az xəbər saytına istinadla bəzi elektron informasiya vasitələrində Dövlət Sərhəd Xidmətində aparıl­mış yoxlamalar nəticəsində ciddi qanun­suzluqların aşkar edilməsi və bu səbəbdən bir neçə yüksək vəzifəli əməkdaşın cəzalandırılması barədə yayılmış məlumatların heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi həmin >>>
30.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti 28 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.   Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, >>>
20.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2011-ci ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş “Valideyn günləri” müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, hərbi hissələrlə valideynlər arasında >>>
14.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Ay ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılmış, onların 11 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri İran >>>
13.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Mart ayının 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır. Saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası  istiqamətində hərəkət etməsi aşkar edilmiş və sərhəd pozucularının saxlanması üzrə tədbir >>>
12.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı   11 mart  2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilmişdir. >>>
11.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti  ilə Rusiya Federasiyasının  Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti  11 mart  2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir.   Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər >>>
09.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşun­larının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti 08 mart 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir.   Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil >>>
07.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda yeni inşa olunmuş yaşayış komplek­si istifadəyə verilmişdir   Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində  Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki >>>
03.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Xalqımızın milli ənənələri sırasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik, xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmə­tinin hərbi hissə və bölmələrində hər il müxtəlif tədbirlər keçirilir, şəxsi heyətin milli adət və dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər >>>
02.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2016-cı il martın 1-də Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji >>>
01.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinə qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər. Fevral ayının 25-də 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən iki nəfər sərhəd >>>
01.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 28 fevral  2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini >>>
29.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Fevralayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliy­yətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və >>>
25.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycan­lılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır.  25 fevral 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi >>>