Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbayсan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xudat Sərhəd dəstəsində yeni inşa olunmuş Yuxarı Zeyxur sərhəd zastavasında
(12 Avqust 2010-cü il)

Azərbayсan Respublikasının Prezidenti сənab İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Xudat Sərhəd Dəstəsində yeni inşa edilmiş Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev сənab Ali Baş Komandana raport vermişdir.

Sonra сənab Ali Baş Komandan yeni tikilmiş sərhəd zastavasındakı şəraitlə tanış olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev buradakı mühəndis-texniki qurğular barədə сənab Prezidentə məlumat vermişdir.

Cənab Prezident sərhəd zastavasının xidməti ərazisi ilə tanış olmuş, lazımi göstəriş və məsləhətlərini vermişdir.