Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasinin Prezidenti cənab İham Əliyev Astara sərhəd nəzarəti məntəqəsində
(15 Aprel 2011-cü il)

Astara Sərhəd Nəzarəti Məntəqəsinə gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev qarşılayaraq raport vermişdir.

Sərhəd nəzarəti məntəqəsində yaradılmış şəraitlə yaxından tanış olan cənab Prezidentə məlumat verilmişdir ki, məntəqədə sərhəd nəzarətinin yüksək səviyyədə təşkil edilməsi üçün ən müasir avadanlıqlardan, kompüter sistemlərindən geniş istifadə olunur. Məntəqədə yaradılmış xidmət şəraiti dünya standartlarına cavab verir. Cənab Prezident sərhəd nəzarətinin təşkili zamanı istifadə olunan avadanlıqlarla, onların iş prinsipləri ilə maraqlanmış, xidmətin daha yüksək səviyyədə təşkil edilməsi üçün müvafiq göstəriş və tövsiyələrini vermişdir.