Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev «Samur» dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimində
(12 Avqust 2010-cü il)

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimində iştirak edən cənab Prezident sərhədçilər üçün yaradılmış şəraitlə tanış olmuşdur. Burada quraşdırılmış xüsusi texniki vasitələr, xüsusən məntəqənin inzibati binasının ikinci mərtəbəsindəki Dövlət Sərhəd Xidmətinin xidməti otaqlarında yerləşdirilən və sərhəd-keçid məntəqələrindən keçən şəxslər haqqında məlumatların toplandığı bazanı əks etdirən monitor barədə cənab Prezidentə ətraflı məlumat verilmişdir.